11 
Apr
2018
07:05
35
227
10403
Virtual karabakh

Polşalı zabitin cəsədinə heç bir ölkə sahib çıxmır - FOTO

11 Apr, 2018
07:05
10403

Polşalı zabitin cəsədinə heç bir ölkə sahib çıxmır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il Türkiyənin Ərdahan vilayətində polşalı polkovnik-leynenantın cəsədi tapılıb.

Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, ərazidə tikinti işlərinə başlayan bir qrup usta mağaraya rast gəliblər.

Ustalar mağaraya girəndə tabutla qarşılaşıblar. 

Tabutun üstüdə xaç işarəsinin olması isə onları qorxudub.

Tabutun öncə Birinci Dünya Müharibəsində ölən rus generala aid olduğu zənn edilsə də, sonradan cəsədin polşalı polkovnik-leytenant Karl Karloviç Rjepetskiyə aid olduğu ortaya çıxıb.

Karlın qohumlarından olan Maksim Red onun fotosunu mediaya verib:

“Fotonu mənə Karlın nəvələri göndərib. Rus arxivlərində polkovnik-leytenantın ailəsinə təqaüdün verilməsi ilə bağlı qərarnamələr də yer alır”.

Sözügedən foto isə Karloviçin Qərbdə xidməti zamanı çəkilib.

Polkovnik-leytenantın cəsədi ötən ildən bəri Qars Muzeyində saxlanılır. İndiyədək nə Polşa, nə də Rusiya tərəfindən rəsmi olaraq tələb olunub. 

Mağaranın və tabutun tapıldığı yerin sahibi də bu vəziyyətdən narazıdır:

“İndiyidək bütün qurumlara müraciət etmişəm. Lakin nə Türkiyə, nə Rusiya, nə də Polşa bu cəsədə sahib çıxmaq istəyir”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri