15 
Apr
2018
22:55
137
299
38191
Virtual karabakh

Sağlam və sürətli saqqal uzatmağın – YOLLARI

15 Apr, 2018
22:55
38191

Sağlam və sürətli saqqal uzatmağın – YOLLARI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha öncə saqqal saxlamış da ola bilərsiniz, saqqalını istədiyi formaya sala bilməyən də... 

Əslində, bunun elə də bir önəmi yoxdur. Əsas odur ki, gələcəkdə saqqalın sizə yaraşıb, yaxud yaraşmadığını bilirsiniz.

Sağlam dərinin saqqala təsiri...

Dəyişməyən bir gerçək var: Dəriniz nə qədər sağlamdırsa, saqqalınız da bir o qədər sağlam və sürətli şəkildə uzanar.

Ona görə də günün sonunda üzünüzdə yığılan yağı və çirki təmizləmək lazımdır. Bu, gündə iki dəfə olmalıdır: Yuxudan öncə və sonra.

Həmçinin, həftədə iki dəfə sizə uyğun olan dəri təmizləyici vasitələrlə üzünüzü təmizləyin və nəmləndirici kremlərin dərinizi qoruduğunu unutmayın.

B vitamini bir yana, dünya bir yana...

B7 vitamini saqqalınızın ən yaxşı dostudur. Vitaminləri isə təbii yollardan almaq daha faydalıdır. B vitaminləri saç, saqqal, dəri və dırnaqlardakı proteinlərə güc verir və hədəflərinizə çatmaqda sizə köməkçi olur. Tək B7 vitamini yox, digər B1, B2 və B3-ü də araşdırmağınızı məsləhət görürük.

Susuz qalmayın!

Su sözügedən mövzuda da önəmli rol oynayır. Qısacası, su bədənimizdə nəqliyyat vasitəsidir. Susuz qalanda saqqallarımız da daxil olmaq üzrə hüceyrələr yenilənmir. Sözsüz ki, saqqalınız uzanmağa davam edəcək, amma gücsüz, solğun bir saqqalı uzatmaqdansa, kəsməyiniz məsləhətlidir.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri