İyn
2018
14:57
66
34
5861
Virtual karabakh

Ən pis sonluqla bitən seriallar açıqlandı

4 İyn, 2018
14:57
5861

Ən pis sonluqla bitən seriallar açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“USA Today” film tənqidçiləri məntiqsiz və ya maraqsız sonluqlarla bitən məşhur serialların reytinqini hazırlayıb. 

Oxu.Az xəbər verir ki, siyahıya “Mən sizin ananıza necə rast gəldim” serialı liderlik edib.

Filmin sonunda Ted (Coş Rednor) gözlənilmədən Robin (Kobi Smolders) ilə münasibətlərini bərpa edir.

Tənqidçilərin fikrincə “Mən sizin ananıza necə rast gəldim” serialının yaradıcılarının bu səhnə ilə finala çatması lazımsız idi. 

Siyahıda ikinci yeri “Saynfeld” tutub. Müəlliflər filmin sonunda bütün əsas personajları həbsxanaya göndərməklə kifayətlənirlər. 

Üçüncü pillədə “Sağ qalmaq”, 4-cüdə isə “Dekster” serialları qərarlaşıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri