İyn
2018
17:35
104
80
12354
Virtual karabakh

Ancelina Coli haqqında beş qəribə fakt

4 İyn, 2018
17:35
12354

Ancelina Coli haqqında beş qəribə fakt

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ancelina Coli təkcə Hollivudun tanınmış və sevilən aktrisası deyil, həmçinin kinorejissor, ssenarist, 6 uşaq anası və BMT-nin sülhməramlı səfiridir. Bu gün onun 43 yaşı tamam olur. 

Oxu.Az xəbər verir ki, bununla əlaqədar “Seqodnya” saytı aktrisa haqqında ən qəribə faktları toplayıb: 

1. Öz qətlini sifariş etməyə çalışıb

Ancelino Coli tək bacarığı ilə deyil, kifayət qədər qarışıq keçmişi ilə məşhurdur. Məlumdur ki, aktrisa uzun müddət depressiyadan və özünə inamsızlıqdan əziyyət çəkib. 

Belə ki, 26 yaşında o etiraf edib ki, öz qətlini təşkil etmək istəyib. O başa düşürdü ki, intihar çıxış yolu deyil, onun qətli daha yaxşı variantdır. 

2. Medalyonda qan 

Məlumdur ki, Bred Pittə qədər Ancelina Coli çoxu ilə eşq yaşayıb və 2 dəfə ərdə olub. 

Amerikalı aktyor Billi Bob ilə toy zamanı aktrisa ondan evlilik sənədini qanı ilə imzalamağı istəyib. Cütlüyün evliliyi 3 il sürüb. Bundan sonra, o, 2 medalyon alıb. Cütlük qarşı tərəfin qanının olduğu medalyonları özlərində saxlayırdılar. 

Ayrıldıqdan sonra Coli Bildən medalyonu qaytarmağı xahiş edib. Onlar hətta bədənlərində bir-birilərinin adlarının həkk olunduğu döyməni sildirməli olublar. 

3. Toyda qəribə geyim

Aktrisa ilk dəfə ərə getdiyi zaman toya dəri şalvarda və üzərində qanla gələcək həyat yoldaşı aktyor Conni Li Millerin adının həkk olunduğu köynəkdə gəlmişdi. 

4. Bıçaqlara sevgi

Ancelina Colinin bıçaqlara xüsusi sevgisi var. Onların kolleksiyalarından başqa, aktrisa bıçaqlarla bədəninə xəsarət yetirməyi sevir. 

5. Uşaqların tərbiyəsi 

Ancelina çoxuşaqlı anadır. Aktrisanın 3 doğma və 3 övladlığa götürülmüş uşaqları var. Colinin uşaqları tərbiyə etmə üsulları cəmiyyətdə uzun müddətdir müzakirə edilir. 

Misal üçün, məlumdur ki, hər hansı səhv etdikdə Coli uşağı boş otağa salır və dayanmadan onun gözlərinin içinə baxır. Bundan sonra uşaq günahını etiraf edir. 

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri