22 
İyn
2018
11:24
31
69
6124
Virtual karabakh

“Barbarossa”nın unikal xəritə planı hazırlandı - FOTO

22 İyn, 2018
11:24
6124

“Barbarossa”nın unikal xəritə planı hazırlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında İkinci Dünya Müharibəsinin ilk günlərinə həsr olunmuş unikal tarixi xəritə yayımlanıb. 

Oxu.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Arxiv Mərkəzinin əməkdaşları Qırmızı Ordunun SSRİ-yə soxulan düşmənlə ilk döyüşlərini əks etdirən və bundan əvvəl yayımlanmayan sənədləri üzə çıxarıb. 

Saytda müharibənin ilk günlərinin gizli arxiv sənədlərini tapmaq mümkündür: SSRİ Xalq Müdafiə Komissarlığı direktivləri, əmrləri, hərbi hissələrin komandirlərinin məruzələri və s.

İlk dəfə saytda SSRİ Xalq Müdafiə Komissarlığının 1941-ci il iyunun 22-də hazırladığı direktiv yayımlanıb. 

Həmçinin, layihədə “Barbarossa planı”nın ilkin mərhələsinin xəritəsi yerləşdirilib. Xəritədə alman-faşist qüvvələrinin SSRİ sərhədinə yerləşdirilməsi, müharibənin ilk günlərində düşmənin hücumlarının planlaşdırılmış istiqamətləri göstərilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri