18 
İyl
2018
09:37
233
29
20610
Virtual karabakh

Həkimlər kobra sancan azərbaycanlı sehrbaz haqda: Yaşaması möcüzədir - FOTO

18 İyl, 2018
09:37
20610

Həkimlər kobra sancan azərbaycanlı sehrbaz haqda: Yaşaması möcüzədir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Antalyada kobranın sancdığı cənubi azərbaycanlı sehbraz Arif Qafariyə müalicə müddətində 24 şüşə zərdab veriləcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə sehbrazın meneceri sosial media hesabında məlumat verib.

Türkiyə Xarici İşlər Nazirliyinin müdaxiləsi ilə müalicə üçün Misirə aparılan Arifin bədəninin bəzi hissələrində iflic əmələ gəlib.

Misirdəki Qahirə Universitetinin nəzdində fəaliyyət göstərən “Qəsr Əl Eyni Hospital”da müalicəsi davam edən Arifə 24 şüşə zərdab verilməsinin səbəbi isə bədənindəki zəhərin çox olması ilə əlaqədardır.

Belə ki, kobra sancmalarında, adətən, 15 şüşə zərdabdan istifadə olunur.

“İndiyədək altı şüşə zərdabdan istifadə olunub. Həkimlər bildirir ki, onun yaşaması möcüzədir. Çünki kobra sancmalarında ilk altı saatda tibbi müdaxilə etmək lazımdır.

Bədəninin bəzi hissələrindəki iflicin isə müalicənin sonunda keçəcəyinə ümid edirik”, - deyə sehbrazın meneceri bildirib. 

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri