26 
İyl
2018
17:28
82
300
11219
Virtual karabakh

Dünyanın ən tanınmış robotu Sofiya Bakıya gəlir - VİDEO

26 İyl, 2018
17:28
11219

Dünyanın ən tanınmış robotu Sofiya Bakıya gəlir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın tanınmış robotu olan Sofiya oktyabrın 27-28-də Bakıda keçirilməsi planlaşdırılan “Global Influencer Day” tədbirində iştirak edəcək. 

Oxu.Az xəbər verir ki, tədbir “Keepface DMCC” və “FA International Trade Events” şirkətlərinin əməkdaşlığı və dəstəyi ilə keçiriləcək.  

“Hanson Robotics” şirkəti tərəfindən süni intellekt əsasında yaradılan Sofiya yumor hissinə, müəyyən məsələlərə cavab vermək bacarığına və əvvəlcədən müəyyən mövzular üzrə sadə söhbətlər aparmaq qabiliyyətinə malikdir. 

İnsanları tanımaq və görüntülü əlaqələr qurmaq üçün Sofiya kamera və proqram sistemi ilə təmin olunub. Bundan başqa, Sofiya Səudiyyə Ərəbistanı vətəndaşlığını qazanıb. 

Tədbirdə həmçinin, dünya şöhrətli “Google”, “Microsoft”, “Forbes” və “Instagram” kimi şirkətlərin nümayəndələri iştirak edəcək.

Ə.Ş.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri