26 
Avq
2018
19:48
459
44
7171
Virtual karabakh

Yaponiya uçan avtomobillərin istehsalına başlayır

26 Avq, 2018
19:48
7171

Yaponiya uçan avtomobillərin istehsalına başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya 20 şirkətin dəstəyilə uçan avtomobil layihəsinin icrasına başlayıb.

Oxu.Az xəbər verir ki, maşınların istehsalına 40 milyon 400 min dollarlıq büdcə ayrılıb.

Ölkə mətbuatında yayılan xəbərlərə görə, “Uber”, Yaponiya Hava Yolları, “Airbus”, “Boeing”, NEC, “Toyota”, ANA və “Yamato” markalarının da aralarında olduğu 20 şirkət layihənin icrası üçün yol xəritəsi hazırlayacaq.

Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi maşının akkumulyator, motor və digər hissələrinin istehsalı üçün büdcə müəyyənləşdirib.

Layihə çərçivəsində maşınların satışı 2020-ci ildə həyata keçirilməyə başlanacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri