Sen
2018
09:38
192
27
9530
Virtual karabakh

Böyük Səhra cənnətə çevrilə bilər

8 Sen, 2018
09:38
9530

Böyük Səhra cənnətə çevrilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Science” akademik nəşrində yayımlanan bir araşdırma günəş panelləri və külək turbinləri vasitəsilə Böyük Səhradakı yağış, istilik və yaşıllıq nisbətinin dəyişə biləcəyini irəli sürür.

Oxu.Az xəbər verir ki, araşdırmanın detalları günəş və külək elektrik stansiyaları vasitəsilə bölgəyə düşən yağıntının arta biləcəyini göstərir.

Ancaq bunun üçün doqquz milyon kvadrat kilometr ərazidə enerji mənbələrinin tikilməsi zəruridir.

Alimlər bu qənaətə gəliblər ki, burada tikiləcək nəhəng elektrik stansiyaları bütün dünyanın istifadə etdiyi enerjidən dörd dəfə çox enerji istehsal edə bilər.

İllions Universitetinin alimi Dr. Yan Li bu modelin Böyük Səhradakı yağıntı miqdarını 20-dən 500 mm-ə qədər artıracağını və bunun bitki örtüyünün artmasına zəmin hazırlayacağını deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri