19 
Sen
2018
11:09
173
51
15986
Virtual karabakh

Maduro Nüsrətin restoranına getdi, xalqını qəzəbləndirdi - VİDEO

19 Sen, 2018
11:09
15986

Maduro Nüsrətin restoranına getdi, xalqını qəzəbləndirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuela prezidenti Nikolas Maduro türkiyəli aşpaz Nüsrət Gökçenin restoranına gəlib. Bundan sonra internet istifadəçiləri onu bədxərclikdə ittiham ediblər. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Bloomberg” məlumat yayıb. 

Bildirilib ki, venesuelalı lider həyat yoldaşı ilə birlikdə “Nurt-Et” restoranına baş çəkmək üçün Türkiyəyə gəlib. Orada prezident və xanımı dəyəri 100 dollar olan yemək sifariş ediblər və üzərində “Salt Bae” yazılı futbol köynəyi hədiyyə qazanıblar. 

Bundan başqa, Gökçə Maduroya fərdi qutuda siqar verib. 

Videogörüntüdə prezidentin “Bu, həyatda bir dəfə olur” fikrini deməsi aydın eşidilir. 

Venesuela sakinləri ölkənin böhran vəziyyətində olmasına baxmayaraq, prezidentin əylənməsini tənqid ediblər. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri