25 
Sen
2018
09:12
13
186
9602
Virtual karabakh

Xərçəng xəstəsi olduğunu dedi, minlərlə dollar yığdı

25 Sen, 2018
09:12
9602

Xərçəng xəstəsi olduğunu dedi, minlərlə dollar yığdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyanın Viktoriya ştatının Kerolayn-Sprinqs şəhərinin sakinini yalan danışaraq, ianə topladığına görə cəza gözləyir. 

Oxu.Az “Daily Mail”ə istinadla xəbər verir ki, 26 yaşlı qadın pula ehtiyacı olduğu üçün iki ay müddətində yaxınlarına, dostlarına və qohumlarına qaraciyər xərçənginə tutulduğunu deyib. 

Çoxları ona kömək etməyə razılıq verib, nağd və ya bank vasitəsilə ona yardımı çatdırıb. Qadın bu yolla 9000 Avstraliya dolları (6500 ABŞ dolları - red.) yığıb. 

Yalan üzə çıxdıqda isə məsələyə hüquq-mühafizə orqanları qarışıb. Ona qarşı aldatma yolu ilə mülkiyyətin alınması ittihamı irəli sürülüb. Hazırda polis zərərçəkmiş şəxsləri axtarır. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri