29 
Sen
2018
11:49
34
87
5713
Virtual karabakh

Boşanma ilə ofis işi arasında əlaqə aşkarlandı

29 Sen, 2018
11:49
5713

Boşanma ilə ofis işi arasında əlaqə aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçli sosioloqlar belə bir nəticəyə gəliblər ki, böyük kollektivlə görülən ofis işi boşanmaya səbəb olur. 

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumatlar “Sciencemag” jurnalında dərc olunub. 

Alimlər 1981-2002-ci illər arasında Danimarkada nikaha daxil olan ailəvi cütlüklər üzərində analiz aparıblar. Qeyd edilib ki, bu ölkə təsadüfi seçilməyib: Danimarka Skandinaviya ölkələri arasında boşanma səviyyəsinə görə liderdir. 

Araşdırmaların nəticəsində müəyyən edilib ki, qarşı cinslə çoxlu ünsiyyət qurmalı olan şəxslər daha çox boşanır. Kişilərdə bu rəqəm 15 faiz, qadınlarda 10 faizdir. 

Bir müddət öncə amerikalı alimlər bildirmişdilər ki, ofis işi insan beynində balansın pozulmasına səbəb olur. Bundan qorunmaq üçün imkan daxilində daha çox gəzmək və təbiətdə olmaq məsləhət görülüb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri