15 
Avq
2019
15:30
29
131
2155
Virtual karabakh

“Microsoft”dan etiraf: İstifadəçiləri dinləyirik

15 Avq, 2019
15:30
2155

“Microsoft”dan etiraf: İstifadəçiləri dinləyirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Microsoft” korporasiyası “Skype” istifadəçilərinin müəyyən danışıqlarına qulaq asdığını və qeydə aldığını rəsmi olaraq etiraf edib.

Şirkət “Motherboard”ın məqaləsindən sonra istifadəçiləri dinləmə faktını təsdiqləyib.

Məqalədə bildirilirdi ki, “Microsoft” istifadəçilərin danışıqlarının səs yazılarını kənar əməkdaşlarına göndərirmiş. Bu səs yazılarının şifrələri açıldıqdan sonra tərcümə olunurmuş.

“Microsoft”dan deyiblər ki, səs yazıları bəzən mətn formatında dinlənilə bilər. Bununla belə, əlavə ediblər ki, istifadəçilərə bu cür səs yazılarını xüsusi proqram vasitəsilə silmək imkanı verilib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri