Sen
2019
10:13
172
65
6706
Virtual karabakh

74 yaşlı qadın 57 illik həsrətdən sonra əkiz dünyaya gətirdi

6 Sen, 2019
10:13
6706

74 yaşlı qadın 57 illik həsrətdən sonra əkiz dünyaya gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Andhra-Pradeş ştatının sakini Erramatti Manqayamma süni mayalanma yolu ilə 74 yaşında ana olub.

Bu barədə "Hindustan Times" qəzeti yazır.

Qadın qeysəriyyə əməliyyatı ilə əkiz qız uşağı dünyaya gətirib.

"Əməliyyat yaxşı keçdi. Ana və körpələr sağlamdır, heç bir patologiya müşahidə olunmur. Lakin son saatlardakı stressin təsirindən çıxması üçün hazırda ana intensiv terapiya şöbəsinə yerləşdirilib", - deyə xəstəxananın direktoru bildirib.

E.Manqayamma uşaqlara süd verə bilmədiyi üçün süd donor bankından götürüləcək.

Direktorun sözlərinə görə, qadının uşaqları bətnində daşıyıb dünyaya gətirə bilməsinə səbəb onun diabet və hipertoniya xəstəsi olmamasıdır.

E.Manqayamma və onun 80 yaşlı əri Raya Rao 22 mart 1962-ci ildə ailə qurublar. Onlar 57 il uşaq həsrəti çəkib, nəhayət, cari ilin yanvar ayında qadın süni mayalanma yolu ilə hamilə qalıb.

Daha öncə 2008-ci ilin yayında əkiz dünyaya gətirən 70 yaşlı hindistanlı Omkari Panvar bu yolla ana olan ən yaşlı qadın hesab olunurdu.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri