26 
Noy
2019
12:41
15
142
2886
Virtual karabakh

Sevgisinə qarşılıq tapmayan şagird sinif yoldaşlarını silahla hədələdi

26 Noy, 2019
12:41
2886

Sevgisinə qarşılıq tapmayan şagird sinif yoldaşlarını silahla hədələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 25-də Moskvadakı məktəblərdən birinin hüquqşünası paytaxt polisinə müraciət edərək ,11-ci sinif şagirdlərindən birinin sosial şəbəkə hesabında məktəbə silah gətirəcəyini yazdığını bildirib.

REN TV xəbər verir ki, şagird sosial şəbəkə hesabında “tüfəng və güllələri götürməyə gedirəm, sabah məktəbə gəlməyin” sözlərini yazıb.

Məlumata görə, növbəti gün şagird dərsə gəlməyib. Hüquq-mühafizə orqanlarına izahatında şagird qarşılıqsız sevgiyə görə əhvalının pis olduğunu və ingilis dilində mahnıya qulaq asdığını qeyd edib. O, mahnının sözlərini tərcümə edib və bir hissəsini sosial şəbəkədə paylaşıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma başladıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri