Dek
2019
15:15
76
20
3234
Virtual karabakh

Alimlər meteoritləri yeyən canlılar aşkarladı

5 Dek, 2019
15:15
3234

Alimlər meteoritləri yeyən canlılar aşkarladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq alimlər qrupu tərkibində dəmir olan meteoritlərlə qidalana bilən mikroorqanizmlər aşkar ediblər.

“Science Alert” xəbər verir ki, tədqiqatçılar təcrübə zamanı “Metallosphaera sedula”sının arxeylərinin meteorit qayaları üzərində yaşamaq qabiliyyətini yoxlayıblar. Bu mikroorqanizm yüksək turşululuq və temperatur şəraitində mövcud olmağa qadirdir və dəmiri kömürdən ayıraraq sulfidi ilə qidalanır. Substrat olaraq 2000-ci ildə tapılan 120 kiloqram ağırlığındakı “Northwest Africa 1172” (NWA 1172) meteoriti seçilib.

Tərkibində müxtəlif metallar olan NWA 1172 arxeyi böyüməsi və metabolik fəaliyyəti üçün zəruri olan mikroelementlərlə təmin edə bilir. Meteoritin yüksək məsaməliliyi mikroorqanizmin çoxalmasına da kömək edir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri