26 
Dek
2019
10:23
4
87
2907
Virtual karabakh

Nə istədiyi bilinməyən sürücü iki nəfəri vurdu, beş maşını əzdi - VİDEO

26 Dek, 2019
10:23
2907

Nə istədiyi bilinməyən sürücü iki nəfəri vurdu, beş maşını əzdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kütləvi dava və ardınca baş verən bir neçə qəza barədə video sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Hadisə Tatarıstanın paytaxtı Kazanda baş verib.

Bu barədə Life.ru xəbər yayımlayıb.

Sosial şəbəkələrdə paylaşılan kadrlarda tünd rəngli avtomobilin yanında bir neçə nəfərin dava etdiyi görünür. Sonra onlardan biri avtomobilin yük yerini açır, bu vaxt maşın qəfil arxaya sürülür və kişini orada dayanan maşına sıxır. Bundan sonra həmin tünd rəngli maşın yenə sərt manevrlə qabağa gedərək qarşıdakı maşını vurur.

Sonrakı bir neçə dəqiqədə naməlum şəxs avtomobili ilə öz manevrlərini ayrı-ayrı nəqliyyat vasitələrinə qarşı da təkrarlayır.

Tatarıstan DİN-in məlumatına görə, baş verənlərdən sonra yaralılardan biri xəstəxanaya yerləşdirilib. Polis tünd rəngli avtomobilin sahibinin kimliyini müəyyənləşdirib, ancaq sükan arxasında kimin olduğu hələ məlum deyil.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri