Fev
2020
03:19
36
159
7854
Virtual karabakh

Bu ölkədə evlərdə kranlardan su yerinə spirtli içki axdı

7 Fev, 2020
03:19
7854

Bu ölkədə evlərdə kranlardan su yerinə spirtli içki axdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Kerala ştatında yerləşən çoxmənzilli binaların birində su kranlarından spirtli içkilər axmağa başlayıb.

“BBC” xəbər verir ki, bina sakinləri baş verənlərdə yerli hakimiyyət orqanlarını günahlandırır.

Onlar içməli su istifadə edə və yuyuna bilməmələrindən şikayətləniblər.

“Biz işə gedə bilmirik, uşaqlarımız isə məktəbə. Su içə bilmirik. Yuyunanda isə üstümüzdən pivə, brendi və rom qarışığının qoxusu gəlir”, - deyə qəzəblənmiş sakinlər bildiriblər.

Məlum olub ki, binanın yaxınlığında yerin altına altı min ton müsadirə edilmiş spirtli içki basdırılıb.

Spirtli içkinin su borularına sızması isə bina sakinlərinə belə bir problem yaradıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri