Fev
2020
08:44
68
28
7808
Virtual karabakh

Havada hərəkətsiz qalan quş görənləri çaş-baş saldı – VİDEO

7 Fev, 2020
08:44
7808

Havada hərəkətsiz qalan quş görənləri çaş-baş saldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyu-Meksiko ştatının sakini Keyli Boumenin “Facebook”da paylaşdığı video görənləri çaş-baş salıb.

“Daily Star” xəbər verir ki, səhər məktəbə tələsən Keylinin qızı Lilli qarğanın göydə hərəkətsiz vəziyyətdə qaldığını görüb və bunu anasına söyləyib.

Qadının çəkdiyi videokadrlarda qarğanın sanki qanad çaldığı məqamda donduğunu görmək olur.

K.Boumenin sözlərinə görə, quş özü hərəkətsiz olsa da, dimdiyini açıb-yumurdu.

Lilli məktəbə tələsdiyindən hadisənin necə bitdiyini öyrənmək mümkün olmayıb.

Qeyd etmək lazımdır ki, hadisənin baş verdiyi gün Nyu-Meksiko ştatında havanın temperaturu mənfi 15 dərəcəyədək aşağı düşüb.

Lakin bu da quşun göydə qalmasına məntiqi izah gətirmir.

Çünki qarğa donduğu halda daş kimi yerə düşməli idi, lakin o göydə hərəkətsiz vəziyyətdə qalıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri