27 
Fev
2020
17:10
614
44
25807
Virtual karabakh

Küveytli nazir qəfil aptekə girib maskaların qiymətini soruşdu və… - VİDEO

27 Fev, 2020
17:10
25807

Küveytli nazir qəfil aptekə girib maskaların qiymətini soruşdu və… - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Küveytdə koronavirusa yoluxanların sayı 25-ə çatıb.

Bu səbəbdən ölkədə təşviş yaranıb. Apteklərdə bəzi tibbi preparatlar bahalaşıb.

“AlJazeera”nın məlumatına görə, ölkənin ticarət və sənaye naziri Xalid Əl Ravdan bu problemin qarşısını almaq üçün maraqlı üsula əl atıb.

O, sadə geyimdə apteklərə qəfil girərək maskaların və bəzi dərmanların qiymətini soruşub.

Naziri tanımayan satıcılar isə ona preparatları ikiqat qiymətə deyiblər. 

Xalid Əl Ravdan həmin apteklərin bağlanılması barədə göstəriş verib.

Agentliyin məlumatına görə, 14 aptek bağlanıb.

Qeyd edək ki, koronavirus epidemiyası ilə əlaqədar Küveytdə bir sıra kütləvi tədbirlər ləğv edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri