25 
Mar
2020
08:16
40
131
7791
Virtual karabakh

İki aylıq küçük “qanlı ölümü” ilə öz sahibini qorxutdu – FOTO

25 Mar, 2020
08:16
7791

İki aylıq küçük “qanlı ölümü” ilə öz sahibini qorxutdu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qodi adında iki aylıq korqi cinsindən olan küçük öz vyetnamlı sahibini dəhşətli dərəcədə qorxudub.

“Daily Mail” xəbər verir ki, evə gəldikdə küçüyün qanlar içində yerdə uzandığını görən kişinin qorxudan ayaqları tutulub.

Lakin qətl səhnəsinə bənzəyən bu mənzərənin başqa səbəbi olub.

Ac olan Qodi pitaya (əjdaha meyvəsi) yeyərkən meyvənin qırmızı şirəsi onun üzərinə yaxılıb. Doyduqdan sonra isə küçük uzanıb yatıb.

Qeyd etmək lazımdır ki, Qodi itlərə xas olmayan tərzdə - beli üstə yatmağı xoşlayır.

Məhz buna görə itin üzərində qırmızı ləkələrlə yerdə uzanması qətl hadisəsinə bənzəyib. 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri