25 
Apr
2020
02:57
157
35
6411
Virtual karabakh

Dietoloqlar arıqlamaq istəyənlərə yumurta yeməyi məsləhət gördülər

25 Apr, 2020
02:57
6411

Dietoloqlar arıqlamaq istəyənlərə yumurta yeməyi məsləhət gördülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Arıqlamaq istəyənlər üçün yumurtanın faydası göz qabağındadır. Bu barədə “WomanEL” nəşri dietoloqlara istinadən yazır.

Ekspertlərin sözlərinə əsasən, yumurtanın sarısındakı D vitamini qarındakı piyi əritməyə kömək edir,  xolin isə maddələr mübadiləsinin işini, eləcə də sinir sisteminin fəaliyyətini və beyinin inkişafını dəstəkləyir.

Bundan savayı, bir yumurtada zülalın həzm edilib, enerjiyə çevrilməsi ilə yanaşı, demək olar ki, bütün hüceyrələri qidalandıran doqquz amin turşusunun hamısı var. Eyni zamanda, yumurtada cəmi 74 kalori olsa da, o, orqanizmi uzun müddətə doydurur. 

Mütəxəssislər bütün bunlara baxmayaraq, bu məhsulu qədərində yeməyi məsləhət görürlər. Belə ki, yumurtadan aşırı istifadə qəbizliyə gətirib çıxara bilər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri