30 
İyl
2020
23:30
35
388
9934
Virtual karabakh

Adada 31 il tənha yaşayan sakini evindən çıxartmaq istəyirlər - FOTO

30 İyl, 2020
23:30
9934

Adada 31 il tənha yaşayan sakini evindən çıxartmaq istəyirlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Budelli adasında 31 ildir tək yaşayan Mauro Morandi evindən çıxarılır.

Bu barədə CNN xəbər yayıb.

Bildirilir ki, adanın mühafizəçisi olan kişinin evi qeyri-qanuni tikili hesab olunub.

81 yaşlı Morandi əvvəllər idman müəllimi olub. 1989-cu ildə onun katamaranı Budelli yaxınlığında xarab olub. Adaya çıxan kişi mənzəyərə vurulub və həmişəlik burada qalmaq qərarına gəlib.

O, adada yaşadığı müddətdə ərazini zibillərdən təmizləyib, mənzərə fotolarını sosial şəbəkədə paylaşıb, adaya tam nəzarət edib. Onun bu fəaliyyəti hər kəs tərəfindən rəğbətlə qarşılanıb.

Lakin 2016-cı ildə İtaliya hökuməti adanı La Maddelana Milli Parkının tərkibinə daxil edib. Bundan sonra Morandinin evi qeyri-qanuni tikili statusu alıb.

İndi isə binanı söküb, yerində ekoloji rəsədxana tikilməsi qərarına gəlinib. Kişi üçün bu, yeganə evdir. Bundan başqa Morandi adanın onsuz öləcəyinə inanır:

“Tək xahişim təmir işləri ərəfəsində müvəqqəti başqa yerə köçürülməyim, amma sonradan yenidən qayıdaraq uzun illər gördüyüm işi davam etməkdir. Qorxuram ki, mən getsəm, bu, Budellinin də sonu olacaq”.

“Mən bilmirəm bundan sonra harada yaşayım, bilmirəm nə edim - bura mənim həyatımdır. Mən sadəcə özümü kartla və ya şar topları ilə oynayan kimi görmürəm”, - deyə italyan kişi əlavə edib.

Artıq sosial şəbəkələrdə Morandiyə dəstək üçün böyük kampaniya başlayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri