23 
Okt
2020
16:14
59
862
20219
Virtual karabakh

“Atamla anam yataqdan durmurlar...”: Azyaşlı uşaqlar üç gün ölmüş valideynləri ilə yaşadı - FOTO

23 Okt, 2020
16:14
20219

“Atamla anam yataqdan durmurlar...”: Azyaşlı uşaqlar üç gün ölmüş valideynləri ilə yaşadı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azyaşlı uşaqlar üç gün vəfat etmiş valideynləri ilə birlikdə yaşayıblar.

“Daily Storm” “Telegram” kanalının məlumatına görə, dəhşətli hadisə Rusiyanın Leninqrad vilayətində baş verib.

İlkin məlumatlara görə, gənc cütlük evdə hazırlanan turşudan zəhərlənərək ölüb.

Hadisə üç gün sonra üzə çıxıb: mərhumun bacısının telefon zənginə beş yaşlı uşaq cavab verərək, valideynlərinin yatdığını, atasının isə nəyə görə isə qap-qara qaraldığını deyib.

Həyəcana düşən qadın dərhal onlara gedib və 30 yaşlı kişi ilə 25 yaşlı qadının öz yataqlarında öldüyünü görüb.

İlkin məlumatlara görə, ər-arvadın ölümü gecə yemək yemələrindən sonra baş verib.

Hadisədən bir gün əvvəl gənc nənəsini ziyarətə gedib və ondan konservləşdirilmiş xiyar turşusu götürüb. İstintaq hesab edir ki, onun tərkibində neyrotoksin ola bilərdi.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri