26 
Dek
2020
01:00
12
715
7211
Virtual karabakh

Doqquz yaşlı qız edam olunmuş atasının borclarına görə cəzalandırılıb - FOTO

26 Dek, 2020
01:00
7211

Doqquz yaşlı qız edam olunmuş atasının borclarına görə cəzalandırılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində məhkəmə edam olunan kişinin borclarına görə onun doqquz yaşlı qızı Çen Manı cəzalandırıb.

Bu barədə “South China Morning Post” xəbər yayıb.

Məlumata görə, 2013-cü ildə kişi arvadını və qayınanasını öldürdüyünə görə edama məhkum edilib. O, cinayətdən bir müddət əvvəl evini təxminən 84 min dollara (142 800 AZN) satıb. Kişi məhkum olanda onun evi də müsadirə edilib, mənzil üçün pul ödəyən alıcı isə əliboş qalıb.

Bundan sonra alıcı məhkəməyə müraciət edib. Məhkəmə doqquz yaşlı qızın atanın varisi olduğu üçün borclarını da miras aldığına qərar verib.

Babasının yanında qalan Çen borcunu ödəyə bilmədiyi üçün “sanksiyalara” məruz qalıb - təyyarələrin və sürətli qatarların istifadəsinin qadağası da daxil, bir sıra “istehlak məhdudiyyəti” ilə cəzalandırılıb.

Çində bu təcrübə tez-tez borcluları ödəməyə cəlb etmək üçün istifadə olunur.

Baba hara müraciət etsə də, bir nəticə ala bilməyib. Nəhayət KİV-ə müraciət edib.

Bu məsələ yerli mediaya yayıldıqdan və geniş bir reaksiyaya səbəb olduqdan sonra məhkəmə “faciəvi ailə tarixini nəzərə alaraq” qərara yenidən baxıb və qızdan üzr istəyib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri