Yan
2021
03:53
15
277
7474
Virtual karabakh

Tibb işçisinin dizini qucaqlayıb çarəsiz vəziyyətə düşdüyü dəhşətli an - FOTO/VİDEO

6 Yan, 2021
03:53
7474

Tibb işçisinin dizini qucaqlayıb çarəsiz vəziyyətə düşdüyü dəhşətli an - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misirdə koronavirus xəstəxanasından yayılan görüntülər sosial şəbəkədə böyük müzakirələrə səbəb olub.

Kadrlarda həkimlərin çarəsizcə tənəffüs aparatında oksigeni bitmiş xəstəni həyata qaytarma cəhdləri əks olunub. Həkimlərdən biri o qədər sarsıntı keçirib ki, otağın küncündə dizlərini qucaqlamış şəkildə oturub.

“Daily Mail”in məlumatına görə, tibb işçilərinin səyinə baxmayaraq, tənəffüs aparatında oksigeni bitmiş dörd xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Kadrları pasiyentlərdən birinin qohumu çəkib. Videoda onun “reanimsasiyada olanların hamısı öldü… oksigen yoxdur”, - dediyi eşidilir.

Xəstəxanadan hadisə barədə rəsmi şərh verilməsə də, oksigen ehtiyatının bitdiyi iddia olunur.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri