23 
Yan
2021
03:44
15
162
4106
Virtual karabakh

Küçədəki anlaşmazlıq dava ilə bitdi: Şüşəni sındırıb avtobusa girdilər - VİDEO

23 Yan, 2021
03:44
4106

Küçədəki anlaşmazlıq dava ilə bitdi: Şüşəni sındırıb avtobusa girdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə avtobus sürücüsü Əyyub Durğun hücuma məruz qalıb. Avtobusun qapı şüşələri sındırılaraq ictimai nəqliyyat vasitəsinə ciddi zərər yetirilib.

Bu barədə “Haber Global” məlumat yayıb. 

Hadisə İstanbulda Hamidiyə Məhəlləsi-Şişli xəttində çalışan bələdiyyə avtobusunda baş verib. Avtobus sürücüsü dayanacaqda saxlayıb sərnişin mindirərkən, kənardan keçən fərdi minik avtomobili sürücüsü maşını yolda saxlayaraq onun ünvanına təhqirlər yağdırıb.

E.Durğun vəziyyəti kəskinləşdirməmək üçün özünü eşitməzliyə vuraraq, avtobusu sürüb getməyə cəhd göstərib. Lakin çox uzağa gedə bilməyib.

Növbəti dayanacaqda avtomobil avtobusun qarşısını kəsib. Onun sürücü isə dostları ilə birlikdə avtobusa hücum edib, qapı şüşələrini qıraraq içəriyə daxil olub, sürücünü döyərək çölə çıxarıblar.

Ətrafdakıların davaya qarışmasından sonra səbəbkarlar hadisə yerindən qaçıblar.

Avtobus sürücüsünün polisə şikayət etdiyi bildirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri