31 
Yan
2021
16:19
505
106
12558
Virtual karabakh

“Miss Qazaxıstan” qabyuyan işləyir - FOTO/VİDEO

31 Yan, 2021
16:19
12558

“Miss Qazaxıstan” qabyuyan işləyir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Miss Qazaxıstan - 2019” yarışmasının qalibi Gülnur Nurtaza hazırda qabyuyan işləyir.

Bu barədə ölkənin nur.kz portalı məlumat yayıb. Gənc xanım Qızılorda şəhərində kafelərdən birinə işə düzəlib.

Deyilənlərə görə, Qazaxıstan gözəli artıq altı aydır ki, qabyuyan işləyir. Kafenin əməkdaşları onu videoya çəkib və görüntüləri sosial şəbəkələrdə yayıblar.

Portalın verdiyi məlumata əsasən, bu yaxınlarda 19 yaşlı qızın valideynləri vəfat edib. Ona görə də Gülnur özünü təmin etmək məqsədilə hər hansı bir işə düzəlmək məcburiyyətində qalıb.

Lakin belə gözəl xanım üçün iş tapmaq heç də asan olmayıb. Bir çoxları ona sadə əməkdaş kimi yox, yaxın rəfiqə gözü ilə baxıb, hətta intim münasibətlər təklif ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri