Mar
2021
08:35
102
25
5242
Virtual karabakh

Qeyri-adi optik illüziya insanları çaş-baş qoydu - FOTO/VİDEO

5 Mar, 2021
08:35
5242

Qeyri-adi optik illüziya insanları çaş-baş qoydu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şotlandiya sakini “havada üzən” nəhəng yük gəmisinin fotosu ilə insanları çaş-baş qoyub.

Bu barədə “Unilad” xəbər yayıb.

Bildirilir ki, 23 yaşlı Kolin Makkalum Banf şəhərində səyahət zamanı Aberdinşir sahilində üzən qırmızı yük gəmisini görünür. O, bir neçə foto çəkərək sosial şəbəkədə paylaşıb.

“Bu gün Banfda əsl optik illüziyanın şahidi oldum”, - deyə Kolin şərh yazıb.

Görüntülər sosial şəbəkədə  qızğın müzakirələrə səbəb olub.

Belə ki, dəniz və səmanın oxşar rəng çalarlarına görə, gəmi sanki  buludların üzərində hərəkət edir. Gəminin gövdəsi görünmür, buludların aşağı səviyyəsi isə suyun harada bitdiyini görməyə imkan vermir.

“İlk dəfə gəmini görərkən, səmimi olaraq elə düşündüm ki, o, havada üzür. Lakin sonra diqqətlə baxanda bunun möhtəşəm optik illüziya olduğunu gördüm”, - deyə Kolin əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri