6 
Apr
2021
08:44
29
166
4772
yuxarı
Dünyanın ən uzun fatası ilə rekord qırdı - FOTO/VİDEO
6 Apr, 2021
08:44
4772
29
166
Dünyanın ən uzun fatası ilə rekord qırdı - FOTO/VİDEO
Kipr sakini dünyanın ən uzun fatasını tikməklə “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Bu barədə “Hindustan Times” xəbər verib.
Mariya Paraskevanın hazırladığı bəzəyin 6962 metr uzunluğunda olduğu bildirilir.
“Uşaqlıqda həmişə dünyanın ən uzun fatası ilə “Ginnessin Rekordu”nu qırmağı xəyal edirdim. Krujeva vualı tam uzunluğunda açmaq üçün təxminən altı saat və 30 könüllü lazım oldu”, - deyə dizayner bildirib.
Sosial şəbəkə istifadəçiləri fatanın uzunluğuna heyranlıqlarını bildirsələr də, narazı qalanlar da olub.
“İnsanların ağlına bu fikir haradan gəlir”, “Dəli olmaq olar”, “Əvvəlcə bunun uzun hörümçək toru olduğunu düşünürdüm!”, “Çox böyükdür!”, “Parçanı boş yerə sərf etmisiniz”, “Bu sadəcə insanları dolamaqdır” – deyə onlar bildiriblər.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək