26 
Apr
2021
17:24
22
410
11405
Virtual karabakh

İsti havalarda maska taxmanın qaydaları açıqlanıb

26 Apr, 2021
17:24
11405

İsti havalarda maska taxmanın qaydaları açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maska taxılmasına görə istilik vurması riski çox azdır, o, istilik mübadiləsini əhəmiyyətli dərəcədə poza bilməz.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Rospotrebnadzor”dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) bildirilib.

Bununla belə, daha çox açıq rəngli maskalardan istifadə etmək və tünd rəngli fərdi qoruyucu vasitələrdən imtina etmək tövsiyə olunub.

“Həddindən artıq istidə normal istilik ötürülməsini təmin etmək üçün bədənin digər hissələri açıq buraxılmalı və yüngül baş geyimləri ilə baş günəşdən qorunmalıdır”, - deyə qurumdan əlavə edilib.

Həmçinin isti havalarda maskaların daha tez nəmlənməsi, bununla da effektivliyinin azalması səbəbindən onların daha tez-tez dəyişdirilməsi tövsiyə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri