14 
May
2021
16:53
9
290
6694
Virtual karabakh

Kişini intihardan xilas etmək istəyərkən uşağı xəstəxanalıq etdi - VİDEO

Rusiyanın Moskva vilayətində qəribə hadisə baş verib. Belə ki, çağırışa yollanan xilasetmə maşını uşağı vurub.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, qəza-xilasetmə xidməti Balaşixa şəhərində özünü eyvandan atmaq istəyən kişi ilə əlaqədar çağırışa yollanıb. “QAZel” sürücüsü tələsdiyindən idarəetməni itirib və yolun kənarında dayanan qızı vurub.

Uşaq xəstəxanaya yerləşdirilib, canına qəsd etmək istəyən kişi isə xilas edilib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri