19 
May
2021
09:12
94
25
3052
Virtual karabakh

Hava çirkliliyi ilə ölümcül xəstəlik arasında əlaqə müəyyən olunub

19 May, 2021
09:12
3052

Hava çirkliliyi ilə ölümcül xəstəlik arasında əlaqə müəyyən olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kaliforniyanın Devis Universitetinin alimləri nəqliyyata görə hava çirklənməsi ilə ölümcül və sağalmaz Altsheymer xəstəliyi də daxil olmaqla demensiyanın inkişaf riski arasında əlaqə müəyyən ediblər.

“EurekAlert!” portalının məlumatına görə, bu barədə “Environmental Health Perspectives” jurnalında məqalə dərc olunub.

Təcrübəyə əsasən, tədqiqatçılar siçovulları 14 ay təmiz və çirkli havaya məruz qoyublar. Mütəxəssislər eksperimentdə həm vəhşi tip heyvanları, həm də Altsheymer xəstəliyinin inkişafına kömək edən və insan DNT-sinə bənzər genləri olan heyvanları istifadə ediblər.

Məlum olub ki, nəqliyyatın hərəkəti ilə bağlı hava çirkliliyi yalnız risk genini daşıyan heyvanlarda deyil, vəhşi tipli siçovullarda da Altsheymer xəstəliyinin biomarkerlərini gücləndirib. Tədqiqatçıların fikrincə, bu, havanın zəif keyfiyyətinin qocalıqda demensiya xəstəliklərinə səbəb ola biləcəyini göstərir, həmçinin Altsheymser xəstəliyi hallarının dünyada artmasının səbəbini izah edir.

Alimlər beynin qocalmasına zərərli təsirləri ilə əlaqədar hava ilə bağlı mövcud standartları yenidən nəzərdən keçirməyin zərurətini vurğulayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri