İyn
2021
21:00
356
8
11527
Virtual karabakh

Tayqada itkin düşən uşağın tapıldığı anlar - FOTO/VİDEO

7 İyn, 2021
21:00
11527

Tayqada itkin düşən uşağın tapıldığı anlar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ural tayqasında yoxa çıxan doqquz yaşlı Kiril Botov iki gün sonra sağ tapılıb. Onu çoxlu ağcaqanad sancıb, lakin həkimlər başqa bir zədə qeydə almayıblar.

Bu barədə lenta.ru xəbər yayıb.

Uşağın xilasetmə əməliyyatı ilə bağlı video sosial şəbəkələrdə paylaşılıb.

O, ac və susuz olub, ilk növbədə atasının harada olduğunu soruşub. Kiril cığırdan çıxdıqdan sonra azdığını, meşədə uzun müddət dolaşdığını, yatdığını, sonra adının çağırıldığını eşidərək cavab verməyə başladığını deyib.

Qeyd edək ki, uşaq atası ilə birlikdə turist qrupunun tərkibində Ural silsiləsinə səfəri zamanı itkin düşmüşdü. Belə ki, yürüş zamanı 46 yaşlı atanın ayağı ağrıdığından sürətlə yeriyə bilmir, soyuq və küləkli havaya görə, oğlunun düşərgəyə tək qayıtmasına icazə verir. Ata düşərgəyə çatdıqdan sonra oğlunun yoxa çıxdığı məlum olub. Turistlərin axtarışı nəticə vermədikdən sonra, polisə müraciət edilib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri