10 
İyl
2021
18:50
276
50
6654
Virtual karabakh

Narkotik paketinə görə boğulan şəxsi polis xilas etdi - VİDEO

10 İyl, 2021
18:50
6654

Narkotik paketinə görə boğulan şəxsi polis xilas etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polis əməkdaşı hüquq mühafizəçilərdən gizlətmək üçün narkotik paketini udan şəxsi boğulmaqdan xilas edib.

TMZ-nin məlumatına görə, hadisə ABŞ-ın Ohayo ştatında qeydə alınıb.

Bildirilir ki, hüquq mühafizəçi sürət həddini aşan və təhlükəsizlik kəməri taxmayan sürücü Stefan Elaşi yolda saxlayıb. Lakin sənədləri yoxlayarkən maşın sürən şəxsin nəfəs almaqda çətinlik çəkdiyini görüb. Polis zabiti dərhal onu maşından çıxardaraq kürəyindən bir neçə dəfə vurub. Bunun kömək etmədiyini gördükdə isə, onu qaldırıb sinəsini sıxdı. Nəhayət sürücü boğazında qalan yad cismi tüpürə bilib.

O, polisə marixuana torbasını udduğunu etiraf edib. Hadisə yerinə çağırılan həkimlər onda hər şeyin qaydasında olduğunu bildiriblər.

Bu hadisə ona eyni vaxtda üç cəriməyə başa gəldi - sürət həddini aşdığına, kəmərə və narkotik saxladığına görə.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri