Yan
2022
06:27
189
27
5253
Virtual karabakh

Qəhvənin gözlənilməz faydaları açıqlandı

1 Yan, 2022
06:27
5253

Qəhvənin gözlənilməz faydaları açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sauthempton və Edinburq universitetlərinin alimlərinin apardıqları araşdırma qəhvənin qaraciyərin fəaliyyətinə faydalı təsirini üzə çıxarıb.

Tədqiqatçılar Böyük Britaniyanın biobankından 495 585 nəfərin məlumatlarını əldə ediblər. Məlum olub ki, onlardan hər beş nəfərdən dördü üyüdülmüş və ya hazır qəhvə içib, on nəfərdən ikisi isə ümumiyyətlə qəhvə içməyib.

Nəticədə müəyyən olunub ki, bu içkidən istifadə edənlər arasında xroniki qaraciyər xəstəlikləri riski 21 faiz azalıb, onlarin ölümdən qaçmaq ehtimalı isə 40 faiz artıb.

Alimlər həmçinin aşkar ediblər ki, qəhvə içənlərdə piylənmə riski 20 faiz azalıb. Bu təsir içkinin tərkibində olan kaveol və kafestol maddələr ilə izah edilib.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri