16 
Yan
2022
08:57
137
67
3601
yuxarı
Üzərində balıqçıların olduğu buz parçası sahildən qoparaq açıq dənizə sürükləndi - VİDEO
16 Yan, 2022
08:57
3601
137
67
Üzərində balıqçıların olduğu buz parçası sahildən qoparaq açıq dənizə sürükləndi - VİDEO
Rusiyada sahildə balıq ovu həvəskarları faciənin astanasından dönüblər. Belə ki, onların üzərlərində durduqları buz yarıya bölünərək açıq dənizə tərəf sürüklənib.
Hadisə Maqadan vilayətinin Balaqannoye kəndi yaxınlığında baş verib.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda buz parçasının üzərində səkkiz nəfər və iki avtomobilin qaldığı görünür.
Lakin xoşbəxtlikdən onları xilas etmək mümkün olub. Belə ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yerli sakinlərin köməyi ilə balıqçıları sahilə çıxara biliblər.
Mənbə: İzvestiya
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək