18 
Yan
2022
08:28
10
215
11296
Virtual karabakh

Evinin yanında gördüyü mənzərədən dəhşətə düşdü - VİDEO

18 Yan, 2022
08:28
11296

Evinin yanında gördüyü mənzərədən dəhşətə düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Evinin ətrafına quraşdırılan müşahidə kamerasına baxan qadın gördüyü mənzərədən dəhşətə düşüb. Belə ki, kadrlarda tanımadığı bir qadının onun evinin yaxınlığında mistik ayin icra etdiyini görüb.

Bloqer Berkli Qeddis bununla bağlı görüntüləri özünün “TikTok” hesabından paylaşıb.

“Gecə saat üçdə iti gəzdirərkən yolunuzun rituallar üçün istifadə edildiyini anladığınız an”, - deyə bloqer videoya şərh yazıb.  O, həmçinin əlavə edib ki, tanımadığı qadın  özü ilə şam gətirib və fəvvarənin yanında düzərək ayin keçirib.

Kadrları izləyən bir çox istifadəçi videodan çox qorxduqlarını etiraf ediblər.

“Çox qorxuludur”, “Burada gördüyüm ən dəhşətli videodur”, “Sənin yerində olsaydım, başqa evə köçərdim”, - deyə istifadəçilər şərhlərdə yazıblar.

Başqa bir istifadəçi polisə zəng etməyi təklif edib:

“Daha yaxşı görmək üçün bir neçə müşahidə kamerası quraşdırın. Bu yenidən baş verərsə, 911-i yığın”, - deyə o bildirib.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri