19 
Yan
2022
05:44
66
133
6316
Virtual karabakh

II Elizabetin uzunömürlülüyünün və aktivliyinin dörd sirri açıqlanıb - FOTO

19 Yan, 2022
05:44
6316

II Elizabetin uzunömürlülüyünün və aktivliyinin dörd sirri açıqlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya kraliçası II Elizabet 95 yaşı olmasına baxmayaraq, hələ də kralliyyət vəzifələrinə icra edir və aktiv olaraq qalır.

Express nəşri bunun səbəbləri barədə araşdırma aparıb və gəldiyi bəzi qənaətləri oxucularla bölüşüb.

İlk olaraq bildirilir ki, kraliça sadə nahar və şam yeməyinə üstünlük verir. Keçmiş aşpazı Darren Makqradinin dediyinə görə, o, balıq və ya ət yeməklərini tərəvəz qarnirləri ilə yeməyə üstünlük verir.

II Elizabet kartof və makaron kimi karbohidratları istehlak etməməyə çalışır. O, axşam saatlarında bu məsələdə xüsusilə sərtdir. Aşpazın sözlərinə görə, kraliça üçün tipik şam yeməyi qurudulmuş ispanaqlı Duver kambaladır.

Kraliçanın sağlamlığının başqa bir sirri gün ərzində dörd dəfə yeməsidir: səhər yeməyi, nahar, günorta çayı və şam yeməyi.

Bundan əlavə, Britaniya kraliçası müntəzəm olaraq fiziki məqlər edir. II Elizabetin heç vaxt fitnes həvəskarı olmamasına baxmayaraq, onun qrafikində hər zaman yüngül idman hərəkətləri olub.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri