30 
Mar
2022
01:56
125
122
2701
Virtual karabakh

II Elizabet aylar sonra ilk dəfə ictimaiyyət arasına çıxdı - FOTO/VİDEO

30 Mar, 2022
01:56
2701

II Elizabet aylar sonra ilk dəfə ictimaiyyət arasına çıxdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kraliça II Elizabet beş aydan sonra ilk dəfə ictimaiyyət arasına çıxıb. O, ötən il aprelin 9-da dünyasını dəyişən əri Şahzadə Filipin xatirəsinə keçirilən kilsə mərasimində iştirak edib.

Mərasimdən çəkilmiş kadrlarda kraliçanın əsaya söykənərək oğlu Şahzadə Endryu ilə birlikdə  hərəkət etdiyi görünür.

Xatırladaq ki, fevral ayında kraliçanın koronavirusa yoluxduğu bildirilmişdi. İnfeksiya onun oğlu Şahzadə Çarlzda və gəlini hersoginya Kamillada, həmçinin Bukingem sarayının əməkdaşlarından bir neçə nəfərdə də aşkarlanmışdı.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri