17 
Avq
2022
08:30
203
9
2946
Virtual karabakh

Qoyun və keçilərin iştahı Avropanı meşə yanğınlarından xilas edəcək

17 Avq, 2022
08:30
2946

Qoyun və keçilərin iştahı Avropanı meşə yanğınlarından xilas edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa şəhərlərindən birində quraqlıq fonunda meşə yanğınlarından xilas olmaq üçün keçi və qoyunlar cəlb edilib. Söhbət İspaniyanın Barselona şəhərindən gedir. Burada yerli hökumət heyvanların köməyi ilə yanğından mühafizə zonalarının yaradılması qərarına gəlib.

Metodun mahiyyəti mal-qaranın ən çox yanğın təhlükəsi olan ərazilərdə otarılmasıdır. Heyvanlar quru otla qidalanır və onu tapdalayırlar, bu da yanğının həmin ərazidən keçmə riskini azaldır.

O da bildirilir ki, keçi və qoyunlarla yanğının qarşısının alınması ideyası yeni deyil - əsrlər əvvəl istifadə edilib.

Mütəxəssislərin sözlərinə görə, yanğın riskini azaltmaqla yanaşı, belə otlaqlar biomüxtəlifliyin bərpasına kömək edəcək, çünki heyvanlar hərəkət edərkən torpağı gübrələyir və faydalı bitkilərin toxumlarını daşıyırlar.

Avropa İttifaqının (Aİ) “Copernicus” Yerin Müşahidə Proqramına əsasən, Avropanın quraqlıq dövründə meşə yanğınlarından ən çox İspaniya zərər çəkib - yanmış torpaqların, demək olar ki, 40 faizini təşkil edir.

Mənbə: The Guardian

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri