23 
Fev
2023
18:56
125
76
2587
Virtual karabakh

Müasir Rusiya tarixində Aya ilk uçuşun tarixi açıqlanıb - FOTO

23 Fev, 2023
18:56
2587

Müasir Rusiya tarixində Aya ilk uçuşun tarixi açıqlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müasir Rusiyanın tarixində Aya ilk missiyanın buraxılışı iyulun ortalarına planlaşdırılıb.

Bu barədə “Roskosmos”un (Rusiya Federal Kosmik Agentliyi) mətbuat xidməti xəbər yayıb.

“2023-cü ildə astronomik “pəncərə”ni nəzərə alaraq, “Luna-25” kosmik gəmisinin buraxılışı 13 iyul 2023-cü il tarixinə planlaşdırılır”, - deyə məlumatda vurğulanıb.

“Roskosmos”un baş direktoru Yuri Borisov 2022-ci ilin sentyabr ayında “Luna-25” missiyasının növbəti ilə təxirə salındığını deyib. Missiyanın əsas problemi kimi, doppler sürətinin və diapazonun xüsusiyyətlərinin texniki şərtlərin tələblərinə uyğunsuzluğu göstərilib. Dekabrda dövlət korporasiyasından bildirilib ki, qurğu yoxlamadan keçib və kosmik gəmiyə quraşdırılıb.

“Luna-25” Yer kürəsinin təbii peykində Rusiyaya məxsus ilk aparat olacaq. Layihədə hədəf - Ayın cənub qütbünün ərazisində tədqiqatlar üçün avtomatik zond göndərilməsidir. Eniş üçün Boquslavski kraterlərinin yanı seçilib.

Qeyd edək ki, Aya kosmik aparat sonuncu dəfə SSRİ dövründə,1976-cı ildə buraxılıb. Aparatın adı “Luna-24” olub. 

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri