23 
Mar
2024
20:48
12
157
3097
Virtual karabakh

Aylardır yoxa çıxan Uels şahzadəsi vəziyyəti barədə açıqlama verdi - VİDEO

23 Mar, 2024
20:48
3097

Aylardır yoxa çıxan Uels şahzadəsi vəziyyəti barədə açıqlama verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun müddətdir yoxa çıxan və haqqında şayiələr gəzən Keyt Middlton nəhayət açıqlama ilə ictimaiyyət qarşısına çıxıb. Uels şahzadəsi ona xərçəng diaqnozu qoyulduğunu açıqlayıb.

Bu barədə o, özünün sosial şəbəkə hesabından xəbər verib.

Middltonun sözlərinə görə, xərçəng xəstəliyi qarın əməliyyatından sonra aparılan müayinələr zamanı aşkarlanıb.

“Həkimlər mənə profilaktik olaraq kimyaterapiyadan keçməyi tövsiyə etdi. Mən hazırda bu müalicənin ilkin mərhələsindəyəm”, - deyə Keyt bildirib.

Açıqlamadan sonra Böyük Britaniya Kralı III Çarlz Uels şahzadəsinin çıxışına münasibət bildirib və gəlininin bu vəziyyətində sərgilədiyi mətanəti ilə qürur duyduğunu deyib.

Xatırladaq ki, Kensinqton sarayı yanvarın 17-də Middltonun qarın nahiyəsindən əməliyyat olunduğunu açıqlayıb. Əməliyyatın səbəbləri açıqlanmasa da, Uels şahzadəsinin tibbi məlumatların məxfi qalmasını arzuladığı qeyd edilib.

Bundan sonra Uels şahzadəsi uzun müddət ictimaiyyət arasında görünməyib, bu isə onun öldüyü barədə şayiələrə səbəb oldu.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri