27 
Mar
2024
14:16
197
7
2350
Virtual karabakh

“Bayraktar TB3”ün Türkiyənin milli “ASELFLIR-500” kamerası ilə ilk uçuş sınağından görüntülər - FOTO/VİDEO

27 Mar, 2024
14:16
2350

“Bayraktar TB3”ün Türkiyənin milli “ASELFLIR-500” kamerası ilə ilk uçuş sınağından görüntülər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan milli “Bayraktar TB3” dünyada öz sinfinin ən yaxşısı olan yerli elektro-optik sistem “ASELFLIR-500” ilə ilk uçuş sınağını müvəffəqiyyətlə tamamlayıb.

Bu barədə şirkətdən bildirilib.

Məlumata görə, o, Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində uçuşunu həyata keçirib.

Sınaq çərçivəsində dünyadakı ekvivalentləri ilə müqayisədə ən yüksək göstəricilərə malik olan “ASELFLIR-500” kəşfiyyat, müşahidə və hədəfləmə sisteminin inteqrasiyası uğurla həyata keçirilib.

Məlumata görə, “Bayraktar TB3”ün 25-ci uçuş sınağı altı saat çəkib.

Qeyd edək ki, “ASELFLIR-500” kəşfiyyat, müşahidə və hədəfləmə sistemi PUA-lardan döyüş təyyarələrinə qədər müxtəlif hava platformalarına quraşdırıla bilər. O, yüksək performansa malik kamerası ilə istifadəçiyə lazımi müşahidələrin və kəşfiyyat işlərinin aparılmasında üstünlüklər verir. Çəkisi 57 kq olan “ASELFLIR-500” 25 kilometrə qədər mənzildə lazerlə məsafə ölçmək imkanını və 360 dərəcə bucaq altında fırlanma qabiliyyətini təmin edir.

Mənbə: “Anadolu” Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri