Sen
2016
10:30
65
12
4101
Virtual karabakh

Təhlükəsizliyimiz və operativliyimiz qarantımızdır

Yəqin ki, çoxlarınız belə edirsiniz, bir çox ödənişlərinizi etmək üçün banka və ya poçt şöbələrinə gedirsiniz. Bu zaman həm nəqliyyatda, həm də vaxt və enerji itirirsiniz. Halbuki əksər ödənişləri ödəniş terminalları və ya internet üzərindən etmək mümkündür. Bu istiqamətdə Oxu.Az-ın suallarını “Easypay” şirkətinin icraçı direktoru Hüseyn Useynov cavablandırır.

- Onlayn ödəmə sistemi bu gün bütün dünyada geniş yayılan xidmət növü olsa da, Azərbaycanın mailyyə bazarında hələ yeni-yeni təşəkkül tapır. Bu istiqamətdə “Easypay” şirkətinin fəaliyyəti necə qurulub?

- 2012-ci ildən uğurla fəaliyyət göstərən və ödəniş xidmətlərinin göstərilməsi sahəsində geniş təcrübəyə malik olan “Easypay” şirkəti gənc olsa da, artıq uğurlarımız çoxdur. Azərbaycanda müştərilərimizə tərəfdaşlarımızla birgə müxtəlif xidmətlər təklif edirik. Hazırda Bakı şəhəri və regionlarda yerləşən 1800-dən çox satış nöqtəsində və ərazilərdə quraşdırılmış mobil, web və dayanıqlı ödəniş terminalları şəbəkəmiz var.

Bu şəbəkə vasitəsi ilə mobil və stasionar rabitə operatorlarının, kabel televiziyası, kommunal xidmətlər, internet və digər kütləvi xidmət təchizatçılarının, həmçinin bank və sığorta sektorunun iştirakçılarının xidmətləri üzrə ödənişlərin operativ və etibarlı şəkildə aparılması təmin edilir. “Easypay” hazırda 4 satış vasitəsindən - sayt, ödəmə kiosklar, POS-ödəniş terminalları, kompüterə yazılan xüsusi proqram vasitəsi ilə istifadə edir. Hər 4 növ ödəniş fasiləsiz olaraq xalqımıza xidmət edir!

- Şirkətinizdə əsas işlər elektron qaydada həyata keçirilir. Bu işləri idarə edən kadrlar hansı qaydada seçilir?   

- Şirkətimiz təcrübəli və peşəkar kadr resurslarına malikdir. Təbii ki, geniş təcrübə və perspektivli inkişaf potensialı önəmli məqamlardır. Bizim əsas qarşımıza qoyduğumuz məqsəd müştəri məmnunluğunu ən yüksək səviyyədə təmin etməkdir. Bu istiqamətdə operativ və keyfiyyətli texniki dəstəkləmə və sorğuların cavablandırılması ilə digər rəqiblərimizdən fərqlənirik. Elə son statistikalar da göstərir ki, yüksək keyfiyyətdə ödənişlərin həyata keçirilməsi ödəyicilərin sayının durmadan artmasına səbəb olub.

- Qeyd etdiniz ki, terminallarınız paytaxtla yanaşı, rayonlarda da var. Onlara xidmət necə həyata keçirilir?

- Əsasən, paytaxtda yerləşirik. Amma Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Şirvan və Naxçıvanda da ödəmə terminallarımız mövcuddur və məqsədimiz xidmətlərimiz ilə bütün respublikanı əhatə etməkdir. Regionlarda yerləşən terminallara xidmətin təşkilinə gəlincə, regionlar üzrə fəaliyyət göstərən əməkdaşlarımız mövcuddur ki, bu əməkdaşlar daimi olaraq prosesləri tənzimləyir.

- Bəzən vətəndaşlar terminallarda ödəniş zamanı problemlər yaşayır. Məsələn, ödəniş edən zaman elektrik kəsilə və proses yarımçıq qala bilər. Belə olan hallarda onlara necə yardım edirsiniz? 

- Bəli, belə halların baş verməsi istisna deyil. Baxmayaraq ki, terminallarımız əlavə elektrik generatorları ilə təchiz olunub, amma ay ərzində sayılı halda belə vəziyyət yarana bilər. Bu da əsasən, terminallarımız quraşdırılan obyektdə elektrik enerjisinin uzun müddət kəsintisi vaxtı yaranır. Əgər belə hal baş veribsə, o zaman ödənişi həyata keçirmək istəyən şəxs terminal üzərində qeyd olunan nömrə ilə bizim məlumat mərkəzi ilə əlaqə yaradır və mərkəz dərhal bu problemi qeydə alaraq həll edir. Əgər ödəyici ödənişin təkrar aparılmasından imtina edərsə, 1 iş günü ərzində ərizə əsasında vəsait müştəriyə qaytarılır. 

İndi “Easypay” şirkətinin sorğuların emalı və məlumat mərkəzi texniki dəstəkləmə qrupu ilə birgə müştərilərə yüksək səviyyədə xidmət göstərir, müraciətlər peşəkarlıqla, hərtərfli olmaqla anında həll edir. “Easypay” sistemində gün ərzində aparılan ödənişlərdə yalnız bir neçə texniki problemin baş verməsi mümkündür. Şirkət üçün müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsi fəaliyyətin ən mühüm amilidir.

- Hazırda bütün dünyada bank sistemlərinə haker hücumları diqqət çəkir. Siz bu  hücumlardan necə qorunursuz?

“Easypay” terminallarının digər böyük üstünlüyü - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılan Hökümət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə həm də dövlət ödənişlərini ödəməyə imkan verməsidir. Müştərilərlə şəffaf və operativ münasibətlər üçün “Easypay”  ödəniş terminalları üzrə “Qaynar xətt” xidməti fəaliyyət göstərir. Müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (012)5645498 nömrəsinə zəng vura bilər. “Easypay” ın digər xidmətləri və daha ətraflı məlumat üçünsə info@easypay.az Məlumat Mərkəzinə zəng edə, www.epay.az saytına və ya rəsmi “Facebook” səhifəsinə www.facebook.com/EasyPayAz/ daxil ola bilərsiniz.

“Easypay” şirkətinin web-səhifəsi (www.epay.az) ödənişlərin həm qeydiyyatdan keçməklə, həm də qeydiyyatsız aparılmasına imkan verir. Sayt vasitəsilə aparılan bütün ödənişlər və plastik kart məlumatları etibarlı şəkildə, beynəlxalq sertifikatlar ilə qorunur və üçüncü tərəf üçün əlçatmazdır. Bu tip hücumlar hər zaman olub və ola bilər, lakin biz bir kodu qorumaq üçün ən azı 50 dəfə yüksək qoruyucu kodlaşdırmadan istifadə edirik. Buna görə hətta belə cəhdlər olduqda, hamısı nəticəsiz qalır.

- Uzun illərdir psixologiyalarda qalan bir fikir var: Nə alırsan, nağd al. Hətta atalar  məsəlimiz də var: soğan olsun, nağd olsun. Bəs nağdsız ödəniş sisteminə keçmək, bu  psixologiyanı dəyişmək nə dərəcədə mümkündür?

- Bəli, belə bir fikir var. Təəssüflər olsun ki, hələ də qalmaqdadır. Amma dünya və cəmiyyətimiz  artıq nağdsız ödənişlər sisteminə keçir və bu getdikcə daha da labüd olur. Belə olan təqdirdə, biz istəsək də, istəməsək də bu yeniliklərin qarşısını almamalı, əksinə bu prosesin sürətlə getməsinə yardım etməliyik.

Nağdsız ödənişlər bizə görün, hansı üstünlükləri verir:
Operativlilik: Heç bir yerə getmədən yerində ödəmə aparma imkanı.
Əlverişlilik: Ödəniş etmək üçün sizə yalnız internetə çıxış lazımdır. Sayta giriş və texniki dəstəkləmə 24/7 rejimində mümkündür.
Sadə ödəmə: Üç addımlı qeydiyyat üsulu, intuitiv anlaşılan interfeys.
Təhlükəsizlik: Sizin fərdi məlumatlarınız sertifikatlarla etibarlı mühafizə edilir və cinayətkarlar üçün əlçatmazdır. Etdiyiniz hər ödəniş qəbzlə təsdiq olunur.

Ən əsası saytımızda aparılan bütün ödənişlər üçün xidmət haqqı tutulmur. Məsələn, hazırda abunəçilər Bakı şəhəri ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında başqa vasitələrlə yanaşı, “Easypay” ödəmə terminalları vasitəsilə də rabitə xidmət haqlarını rahatlıqla ödəyə bilirlər. Abunəçilər “Easypay” ödəmə terminallarında telefon nömrəsini daxil etdikdə ekranda bütün rabitə xidməti borcları ayrıca sətrlə əks olunur. Abunəçi istədiyi xidmət üzrə borcunu ödəyə və ya avans qoya bilər. Qəbul edilən ödənişlər “online” rejimdə avtomatik olaraq MHM-in mərkəzi serverinə ötürülür və billinqdə nəzərə alınır.

Qeyd edək ki, əgər telefon borca görə bağlıdırsa, “Easypay” terminallarında ödəniş edildikdən sonra ən çoxu 30 dəqiqə ərzində telefon avtomatik olaraq şəbəkəyə qoşulur.

Bax bu layihənin istismara verilməsindən az müddət keçməsinə baxmayaraq, “Easypay” ödəmə terminalları vasitəsilə aparılan ödənişlərin həcmi sürətlə artır. Həmçinin “Easypay” dayanıqlı terminallarının yuxarı monitorlarında, ödəniş qəbzlərinin arxa tərəfində malların və xidmətlərin reklam edilməsi üçün əlverişli imkan vardır. “Easypay” şirkəti terminal şəbəkəsinin genişləndirilməsi, ödəniş növlərinin daha da çeşidləndirilməsi, göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində səylərini artırmaqdadır.

- Suallarımızı cavablandırdığınız üçün Sizə təşəkkür edirəm, çox sağ olun.

Tünzalə Rafiqqızı

www.oxu.az

Digər Müsahibə xəbərləri