27 
Mar
2018
20:00
17
233
1963
Virtual karabakh

Sekutanın Azərbaycandakı üç illik fəaliyyəti nə ilə yadda qaldı?

27 Mar, 2018
20:00
1963

Sekutanın Azərbaycandakı üç illik fəaliyyəti nə ilə yadda qaldı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta diplomatik missiyasının başa çatması ilə əlaqədar ölkəmizi tərk etməyə hazırlaşır.  Sekutanın səfir olaraq Azərbaycanda üç illik fəaliyyəti nə ilə yadda qaldı?

Oxu.Az-ın müxbiri belə bir sualla politoloq İlqar Vəlizadəyə müraciət edib.

Onun sözlərinə görə, Sekutanın ABŞ-ın Azərbaycandakı səfiri postunda fəaliyyəti hər hansı əlamətdar hadisə ilə yadda qalmayıb. Burada məsələ şəxsən Sekuta və ya başqasında deyil, bütövlükdə ABŞ-ın Cənubi Qafqaz regionundakı siyasəti ilə əlaqədardır.

“Daha dəqiq desək, hər şey aydın aksentlərin olduğu halda açıq-aşkar ifadə olunan dinamikanın mövcud olmaması ilə əlaqədardır. Bu aksentlər arasında energetika sahəsində əməkdaşlığa olan marağı, təhlükəsizlik sferasında əməkdaşlığa olan marağı,  o cümlədən regional siyasət kontekstində ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirakına olan marağı sadalamaq olar.  Habelə Azərbaycanda bu maraqların gerçəkləşdirilməsində böyük dəyişikliklər müşahidə olunmadığından, Amerikanın maraqlarında da hər hansı ciddi dəyişiklik olmayıb” deyə politoloq vurğulayıb.

Ekspertin təbirincə, regional proseslərin dinamikası və ABŞ-ın bu proseslərə olan münasibətində də hər hansı dəyişiklik nəzərə çarpmır.

Vəlizadənin dediyinə görə, Sekuta siyasi-iqtisadi müstəvidə hər hansı şəkildə yadda qalmasa da, jurnalistlər onu Azərbaycan bayramları və adət-ənənələrini sevən diplomat kimi yadda xatırlayacaq.

Sekuta velosiped yürüşündə

ABŞ səfiri Azərbaycan rəqsini oynayır

Sekuta Bakıda məktəbə kitab kolleksiyası hədiyyə etdi

ABŞ səfiri tonqal üzərindən tullanır

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri