Noy
2021
12:52
85
24
2027
Virtual karabakh

Elxan Məmmədov: “İdarəetməni bilirəm” - MÜSAHİBƏ

8 Noy, 2021
12:52
2027

Elxan Məmmədov: “İdarəetməni bilirəm” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda cüdo üzrə “Böyük Dəbilqə” yarışı başa çatdı. 33 idmançı ilə təmsil olunan Azərbaycan bu yarışı 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurdu. Yarışı izləyənlər arasında kişilərdən ibarət millimizin sabiq məşqçisi, dünya və Avropa çempionu Elxan Məmmədov da olub.  

Oxu.Az yarış və onun Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilməyi ilə bağlı müsahibə götürüb.

– “Böyük Dəbilqə”də kimlərdən qızıl medal gözləyirdiniz?

– Orxan Səfərovdan gözləyirdim. Baxmayaraq ki, onun finaldakı moldovalı rəqibi Denis Vyeru güclü idmançı idi, dünya və Avropa mükafatçısı idi. Həmçinin 73 kq-da Rüstəm Orucov və Hidayət Heydərovdan və 90 kq-da Məmmədəli Mehdiyevdən qızıl medal gözləyirdim. Lakin Hidayət bürünc, Məmmədəli gümüş medalla kifayətləndi.

– Avqustda məşqçilər heyəti kütləvi şəkildə istefaya göndərildi. Bu ay isə federasiyada rəhbər dəyişikliyi baş verdi. Sizcə, ikinci dəyişikliyin səbəbi nədir?

– Yəqin ki, Olimpiadada zəif çıxışla bağlıdır. Yeni gənclər və idman naziri Fərid Qayıbov uzun illər idman sahəsindədir. Ancaq əvvəlki federasiya prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi son 5 ildə cüdomuzda inkişaf olub. İdmançılarımız bu müddətdə Avropa çempionatlarından 20-yə yaxın medal, dünya çempionatlarından 8 medal və Olimpiadadan 2 medal qazanıb.

– Sabiq idmançı və məşqçi kimi tatamidən kənarda qalmaq bir qədər çətindir. İndi cüdoda idarəetmə sahəsində çalışacaqsınız. Sizə bu, çətin olmayacaq?

– Düşünürəm ki, yox. Çünki idarəetməni – idmançıların hazırlıq prosesini, müasir cüdonun tələblərini, çəki azaltma proseslərini bilirik. Yeni federasiya rəhbərliyi gələcəkdə hansı posta məni layiq görsə, orada can-başla cüdonun inkişafına xidmət etməyə hazıram.

– İcraiyyə Komitəsi olaraq yığışmısınızmı?

– Hələ ki hər hansısa iclas olmayıb. Ancaq iclas olanda yəqin ki müəyyən qərarlar qəbul edəcəyik.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri