18 
Dek
2021
11:15
35
299
2787
Virtual karabakh

Faiq Qarayev: “Dərnəgüldəki zalda bizə məşqə və oynamağa icazə verilmir”

18 Dek, 2021
11:15
2787

Faiq Qarayev: “Dərnəgüldəki zalda bizə məşqə və oynamağa icazə verilmir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ən birinci məqsədimiz o idi ki, federasiyanın borclarını bağlayaq. Borclar idmançı və məşqçilərə ödənilməmiş maaşlar idi. Federasiya prezidenti Cavid Qurbanovun göstərişi ilə bütün maliyyə borcları bağlandı. Artıq əminliklə deyə bilərəm ki, federasiyanın heç kimə borcu yoxdur”.

Bunu Oxu.Az-a Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.

O, federasiyanın keçirdiyi çempionat barədə danışarkən maraqlı məqamlara toxunub:
“Bütün yük yenə Cavid müəllimin üzərinə düşdü. Çünki yalnız “Neftçi” və İqtisad Universitetinin komandasından (UNEC) başqa, özü maliyyələşən klub yoxdur. Digər 6 klubu federasiya prezidenti maliyyələşdirəcək.

Biz də istəyirik ki, növbəti mövsümə 8 kişi, 8 qadın komandası olsun, 2-3 artıq özü maliyyələşən sərbəst klub açılsın, avrokuboklarda komandalar çıxış edə bilsin. Həmçinin klublara 3 legioner limiti qoyub voleybolun səviyyəsini artırmaq üzərində işləyirik. Hazırkı çempionat üçün limiti 2 etmişik.

Bu gün 4 zal çempionatı keçirmək üçün hazırdır. Biləcəri qəsəbəsindəki “Murov” klubuna məxsus infrastrukturda 2 zal var. Təmirdən yeni çıxıb. Buranı voleybol şəhərciyi kimi düzəltmişik, yeməkxanası var, trenajor zalı da hazır olacaq. Əvvəl burada avrokubok oyunu da keçirmişik. Həmçinin federasiyanın özünün və “Sərhədçi”nin zalları oyun keçirməyə imkan verir. Dərnəgüldəki zalda isə məşq keçməyə və oynamağa bizə icazə verilmir.

Novruz Bayramından sonra çempionatı rayonlarda keçirmək istəyirik. 2 tur qadınların, 2 tur da kişilərin yarışını rayonlardakı zallara salacağıq.

“Sərhədçi” komandası kişilərdə I liqada oynamalı idi. Amma çox gənc heyəti olduğundan, onların inkişaf etməsi üçün Yüksək Liqada oynamasına razılıq verdik”.

Qeyd edək ki, kişi və qadınlardan ibarət Azərbaycan çempionatları aprelin sonları – mayın əvvəllərində başa çatacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri