Mar
2023
12:06
43
331
1649
Virtual karabakh

Rövnəq Abdullayev: “Azərbaycanda qadın futbolu müsəlman ölkələri arasında ən öncül sıralarda dayanır” - VİDEO

1 Mar, 2023
12:06
1649

Rövnəq Abdullayev: “Azərbaycanda qadın futbolu müsəlman ölkələri arasında ən öncül sıralarda dayanır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 28-də FIFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Görüşdən sonra AFFA prezidenti FIFA TV-yə qısa müsahibə verib.

“Həmişəki kimi, FIFA prezidenti ilə görüşümüz çox yüksək səviyyədə keçdi. Əsasən, layihələr müzakirə olundu. Azərbaycan futboluna dəstəyinə görə FIFA-ya və rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yenə də bu dəstək davam edəcək. Azərbaycanda infrastruktur layihələri, futbolun, hakimlərin inkişafı məsələləri müzakirə olundu. Minnətdaram ki, FIFA prezidenti Azərbaycan futboluna, AFFA-ya dəstək olub. Həm infrastruktur, həm FIFA-nın həyata keçirdiyi layihələrdə AFFA-nın dəstək məsələlərini müzakirə etdik.

FIFA-nın hər bir “Forward” layihəsində yüksək yerdə dayanırıq və dəstək oluruq. Azərbaycanda qadın futbolu cavan olsa da, müsəlman ölkələri arasında ən öncül sıralarda dayanır. FIFA-nın dəstəyi ilə 2013-cü ildə 17 yaşadək qızlar arasında dünya çempionatının keçirilməsi Azərbaycanda qadın futboluna böyük dəstək oldu və bu, inkişaf etməyə başladı”, - deyə Rövnəq Abdullayev bildirib.

Həmin müsahibəni diqqətinizə çatdırırıq:

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri