21 
Apr
2016
15:32
26
273
10737
Virtual karabakh

Moskva: Lavrov heç vaxt, heç yerə əliboş getmir

21 Apr, 2016
15:32
10737

Moskva: Lavrov heç vaxt, heç yerə əliboş getmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Söhbət müəyyən işləmələrdən gedir”.

Rusiya XİN rəhbəri Sergey Lavrov aprelin 21-22 tarixlərində baş tutacaq Yerevan səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müəyyən işləmələr təklif edəcək. 

Oxu.Az xəbər verir ki, XİN-nin rəsmisi Mariya Zaxarova bildirib.

“Sergey Lavrov heç vaxt, heç yerə əliboş getmir”, - deyə o, jurnalistlərə rəhbərinin Yerevan səfəri barədə sualları cavablandırarkən bildirib.

“Bunun plan, proqram, layihə, sənəd olduğunu söyləmək, düşünürəm ki, düzgün deyil. Söhbət müəyyən işləmələrdən, müxtəlif ideyaların nizamlama axarında müzakirəsindən gedir.

Vasitəçilik rolu, bizim vasitəçilik rolumuz da elə bundan ibarətdir – tərəflərlə danışmaq, imkanları müzakirə etmək, onların narahatlıqlarını dinləmək, həll variantları təklif etmək”, - deyə Zaxarova bəyan edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri